Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi dünya kubokunda mübarizə aparacaq.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


Yarış iyunun 1-7-də Polşanın paytaxtı Varşavada keçiriləcək.


Milli komanda A qrupunda Niderland, Polşa, Çexiya və Madaqaskar seçmələri ilə münasibətləri aydınlaşdıracaq.