
Azərbaycan millisi Avropa kubokunun finalında!
- 07 Sen 2025 19:30
- 49
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa kubokunda ilk dəfə finala vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, yığma yarımfinalda İspaniya seçməsi ilə üz-üzə gəlib.
Komandamız rəqibini 17:12 hesabı ilə məğlub edib.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.