
Azərbaycan millisi AÇ-yə məğlubiyyətlə başladı
- 25 İyl 2025 23:15
- 59
Azərbaycanın oğlan basketbolçulardan ibarət U-18 millisi Avropa Çempionatı B divizionunun ilk qrup matçını keçirib.
Rekord.az xəbər verir ki, yığma meydan sahibi Rumıniya komandası ilə üz-üzə gəlib.
Görüş rəqibin 60:34 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin növbəti oyunu iyulun 26-da Ukrayna yığmasına qarşı olacaq.