Futzal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşib.


Rekord.az xəbər verir ki, finalda "Araz-Naxçıvan" və PFL komandaları üz-üzə gəliblər.


PFL həlledici qarşılaşmada qalib gəlib. Komanda son ölkə çempionu olan bu rəqibini 7:1 hesabı ilə üstələyib.


"Araz-Naxçıvan" başa çatan mövsümdə 52 xalla Yüksək Liqada çempion olub. PFL isə Birinci Liqanı 30 xalla ilk sırada bitirib.