"Ordu" basketbol komandasında yeni məşqçi təyinatı olub. 


Bu barədə Rekord.az-a klubdan məlumat verilib.


Serbiyalı mütəxəssis Milan Kotaraç köməkçi məşqçi vəzifəsinə təyin edilib. 


"Ordu" daha əvvəl Polad Həsənovun baş məşqçi təyin olunduğunu açıqlamışdı.