Azərbaycanın "Abşeron Lions" basketbol komandası Avropa Kubokunda ilk oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv 1-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda Kipr təmsilçisi "Anortosis"ə qalib gəlib.


Bakı İdman Sarayındakı qarşılaşma təmsilçimizin 89:71 hesablı qələbəsi ilə bitib.


Komandalar arasındakı ikinci görüş oktyabrın 1-də Limassolda baş tutacaq.