Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən qran-pri turnirində bürünc medal qazanıb.


Rekord.az xəbər verir ki, yarışın ilk günündə Hüseyn Allahyarov (60 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb.


O, üçüncü yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Byaco D Anceloya ipponla qalib gəlib.


Bu, 22 yaşlı tatami ustasının Dünya Cüdo Turunda ilk mükafatı olub.


Azərbaycan yarışa 15 cüdoçu ilə qatılıb.