Xorvatiyanın paytaxtı Zaqrebdə qran-pri turnirinin püşkatma mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.


Dünya Cüdo Turu seriyasına daxil olan yarışda Azərbaycan ümumilikdə 9 çəki dərəcəsində 15 cüdoçu (12 kişi, 3 qadın) ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 48 ölkədən 370 cüdoçu iştirak edəcək.


Zaqreb qran-prisinin təsnifat mərhələsinin görüşlərini sabah Bakı vaxtı ilə saat 14:00-dan, final blokunu isə 20:00-dan etibarən canlı olaraq JudoTV-dən izləyə bilərsiniz.


Kişilər


-60 kq, 1/16 final


Murad Muradlı – Qal Blaziç (Sloveniya)


-60 kq, 1/8 final


Hüseyn Allahyarov – Marton Andrasi (Macarıstan)


-66 kq, 1/16 final


İslam Rəhimov – Xoakin Tovalyari (Argentina)


Nazir Talıbov – Alexandro Moral Navarro (İspaniya)


-73 kq, 1/32 final


İbrahim Əliyev – İtan Nern (Böyük Britaniya)


Rüfət Şövlətov – Aron Sabo (Macarıstan)


-81 kq, 1/16 final


Vüsal Qələndərzadə – Dominik Rodriqez (ABŞ)


-90 kq, 1/16 final


Aslan Kotsoyev – Aleks Kret (Rumıniya)


Vüqar Talıbov – Yosip Buliç (Xorvatiya) 


-100 kq, 1/16 final


Əjdər Bağırov – Nikola Pavlovski (Şimali Makedoniya)


+100 kq, 1/8 final


Camal Qamzatxanov – Con Messe A Bessonq (Kanada) / Mustafa Fofana (Qvineya) cütünün qalibi ilə 


Kənan Nəsibov – Gela Zaalişvili (Gürcüstan)


Qadınlar


-48 kq, 1/8 final


Könül Əliyeva – Nevena Miliç (Serbiya)


-52 kq, 1/16 final


Gültac Məmmədəliyeva – Qabriela Dimitrova (Bolqarıstan)


-52 kq, 1/8 final


Aydan Vəliyeva – Maşa Slavineç (Sloveniya)