Azərbaycan qadın cüdoçuları fevralın 28-dən martın 1-dək İspaniyanın Mostoles şəhərində keçiriləcək gənclər arasında Avropa Kubokunda iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyi tərəfindən təşkil olunacaq turnirə Azərbaycanın 3 çəki dərəcəsində 6 cüdoçusu qatılacaq.


Yığmaya qadınlardan ibarət komandanın baş məşqçisi Saşa Herkenrat-Vimar başçılıq edəcək.


Yarışda ümumilikdə 23 ölkəni təmsil edən 532 idmançı medallar uğrunda rəqabət aparacaq.


Heyəti təqdim edirik:


Qızlar


52 kq

Çinarə Sadıqova

Fəridə Mirzəyeva

Aysun Məmmədova

Nuranə Hacızadə


57 kq

Vüsalə Hacıyeva


63 kq

Nilgün Rzayeva