14 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.


Rekord.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.


Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 10, qızlarda isə 5 kollektiv qüvvəsini sınayıb.


Oğlanların mübarizəsində Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ baş mükafata sahib çıxıb. Abşeron-Xızı RGİİ gümüş medallara yiyələnib.


Respublika Kompleks İdman Məktəbi və Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM komandaları 3-cü yeri tutublar.


Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Gəncə-Daşkəsən RGİİ komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ ikinci yerin sahibi olub. Respublika Kompleks İdman Məktəbinin komandası bürünc mükafata yiyələnib.