17 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.


Rekord.az xəbər verir ki, mübarizənin son günündə komanda yarışları keçirilib.


Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 8, qızlarda isə 7 kollektiv qüvvəsini sınayıb.


Oğlanların mübarizəsində Bakı şəhəri 2 nömrəli RİOEUGİM baş mükafata sahib çıxıb. Bakı şəhəri 13 nömrəli İOEUGİM gümüş medallara yiyələnib. Bakı şəhəri 1 nömrəli RİOEUGİM PHŞ və "Judo Club 2020 İK" komandaları III yeri tutublar.


Qızlardan təşkil olunmuş kollektivlərin yarışında isə Bakı şəhəri 13 nömrəli İOEUGİM komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. RKİM ikinci yerin sahibi olub. Sumqayıt şəhəri 2 nömrəli UGİŞM və "Judo Club 2012" komandaları bürünc mükafatlara yiyələniblər.