Key Bernşteyn "Herta"nın yeni prezidenti seçilib. 

Rekord.az xəbər verir ki, bu barədə Almaniya klubunun saytı məlumat yayıb. Bernşteyn seçkilərin birinci turunda 1670 səslə qalib gəlib. O, Frank Steffel və Marvin Brummu keçib.

Qeyd edək ki, Kay Bernşteyn  Berlin klubunun fan qrupunun qurucu üzvlərindən biri olub.