Axundovlar geri çəkilir, "Araz Naxçıvan"nın büdcəsi azalacaq
- 11:00
- 55
"Araz Naxçıvan"da işlər qaydasında getmir.
Rekord.az xəbər verir ki, komanda hazırda avrokuboklara vəsiqə şansını davam etdirsə də, mövsüm başa çatandan sonra fərqli proseslər yaşanacaq.
Əldə etdiyimiz məlumata görə, növbəti mövsüm komandanın büdcəsi azaldılacaq. Məlum olduğu kimi, Naxçıvan klubu Zaur Axundovun kurasiyasındadır. Klubun prezidenti də onun qardaşı Ramin Axundov idi. Lakin bu şəxs bir müddətdir ki, prezident postunu tərk edib. Zaur Axundovun adı isə bir sıra qalmaqallarda hallandı, hətta həbs olunacağına dair xəbərlər yayıldı. Daha sonra isə ev dustağı olduğu məlum oldu. Qardaşların bu durumu onların biznesinə, maliyyəsinə birbaşa təsir edib ki, bu təsir təbii olaraq, klubdan da yan keçməyib. Məhz bu səbəbdən "Araz Naxçıvan" növbəti mövsümdən iddialı olmayacaq. Klub idarəçiliyinin isə Ceyhun Sultanova tapşırılacağı gözlənilir.