Avstriya millisinin müdafiəçisi “Brayton”da
- 19:30
- 31
“Brayton” heyətinə yeni müdafiəçi cəlb edib.
Rekord.az xəbər verir ki, İngiltərə klubu Avstriya millisinin üzvü Mixael Svoboda ilə müddəti 2029/30 mövsümünün sonunadək nəzərdə tutulan müqavilə imzaladığını rəsmi saytı vasitəsilə açıqlayıb.
“Brayton” 28 yaşlı futbolçunu “Venesiya”dan transfer edib. Avstriyalı müdafiəçi 2020-ci ildən İtaliya təmsilçisinin formasını geyinirdi.
Svoboda ötən mövsüm bütün turnirlərdə keçirdiyi 30 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
“Brayton” 2025/26 mövsümündə İngiltərə Premyer Liqasını 53 xalla turnir cədvəlinin 8-ci pilləsində başa vuraraq, UEFA Konfrans Liqasına vəsiqə qazanıb.