
Avropa Kubokunun təsnifat mərhələsindəki rəqiblərimiz bəlli oldu
- 05 İyn 2025 17:20
- 57
Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, kişilərdən ibarət millimiz B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar. Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.
Kişilərdən ibarət komanda qrupda ilk oyununu iyunun 7-də Maltaya qarşı keçirəcək. Bundan bir gün sonra isə Kosovo yığması ilə qarşılaşacaq.
Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı isə iyunun 8-də baş tutacaq.
Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 7 və 8 iyun tarixlərində Kosovonun Priştina şəhərində təşkil olunacaq.