
“Arsenal”dan “Latsio”ya
- 05 İyn 2025 16:20
- 62
"Latsio" London "Arsenal"ının futbolçusu Nuno Tavaresi transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
25 yaşlı futbolçu ötən mövsüm “Latsio”da icarə əsasında çıxış edib.
Futbolçu karyerası ərazində icarə əsasında “Benfika” (Portuqaliya), “Olimpik” (Marsel, Fransa) və “Nottingem Forest” (İngiltərə) klublarında da çıxış edib.