
“Araz-Naxçıvan”ın legioneri Polşaya qarşı oynadı
- 07 İyn 2025 15:30
- 72
“Araz Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinin heyətində növbəti oyuna çıxıb.
Rekord.az xəbər verir ki, 30 yaşlı futbolçusu Polşa millisinə qarşı səfərdəki yoxlama matçında əsas heyətdə yer alıb və sonadək oynayıb.
Görüş Polşa komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, Avramın əsas milli komandada 12-ci oyunu olub.