“Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.


Rekord.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.


Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək. 


Braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.