Premyer Liqada mövsümün komandası şübhəsiz "Sabah"dır. 


Amma ümumi futbol mövsümümüzün komandası "Qarabağ"dır. Bu gün 2025-26-nın son matçını oynadılar, ona görə də yekun fikri bildirmək olar. Bir matç, bir turnir yox, ümumi, daha geniş pəncərədən baxanda hər şey aydın görünür. Bu klubun, Qurban Qurbanovun rəhbərliyi altında çıxış etmiş bu komandanın cəmi 3 ay əvvələ qədər hansı işin, hansı hədəfin öhdəsindən gəldiyini, hansı zirvəni fəth etdiyini unutmaq olmaz. Azərbaycan futbol tarixinin ən böyük uğuruna imza atmış "köhlən atlar" ən böyük alqışı haqq edir. 


Sezarın haqqı Sezara, "Qarabağ"ın haqqı "Qarabağ"a, Qurbanın haqqı Qurbana!