DÇ-2026-nın Avropa üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

Rekord.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Almaniya səfərdə Lüksemburqu üstələyibsə, Xorvatiya Farer adalarını xalsız yola salıb. Niderland da səfərdə Polşa ilə bərabərə qalıb.

DÇ-2026-nın seçmə mərhələsi
14 noyabr

A qrupu

Lüksemburq – Almaniya 0:2
Qollar: Voltemade, 49; 69.

Slovakiya - Şimali İrlandiya 1:0
Qol: Bobçek, 90+1.

Xallar: Almaniya – 12. Slovakiya – 12. Şimali İrlandiya – 6. Lüksemburq - 0.

G qrupu

Finlandiya – Malta 0:1
Qol: Qreç, 81.

Polşa – Niderland 1:1
Qollar: Kaminski, 43 – Depay, 47.

Xallar: Niderland – 17. Polşa – 14. Finlandiya – 10. Malta – 5. Litva – 3.

L qrupu

Cəbəllütariq – Monteneqro 1:2
Qollar: Yessop, 20 – Adziç, 33. Krstoviç, 42-pen.

Xorvatiya - Farer Adaları 3:1
Qollar: Qvardiol, 23. Musa, 57. Vlaşiç, 70 – Turi, 16.

Xallar: Xorvatiya - 19. Çexiya – 13. Farer Adaları – 12. Monteneqro – 9. Cəbəllütariq - 0.