"Ağsu Siti" niyə İsmayıllıda oynayır?
- 15:00
- 73
"Region Liqası"nda mübarizə aparan "Ağsu Siti" ev oyunlarını İsmayıllıda keçirir.
Rekord.az xəbər verir ki, Ağsunun özündə yenicə təmirdən çıxan stadion olduğu halda yerli komandanın İsmayıllıya üz tutması maraq doğurur.
Məsələ ilə maraqlandıqda məlum oldu ki, "Ağsu Siti" AFFA-nın balansında olan stadion üçün stadion rəhbərliyinə müraciət edib. Lakin tələb olunan icarə haqqı yüksək olduğu üçün İsmayıllıya üz tutublar.