"Region Liqası"nda çıxış edən "Ağsu Siti" komandası ev oyunlarını doğma rayonda keçirə bilmir.

Rekord.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, buna səbəb Ağsu stadionunun rəhbərliyinin onlardan yüksək icarə haqqı tələb etməsidir.

Belə ki, rəhbərlik bir oyun üçün "Region Liqası" klubundan 1000 manat icarə haqqı istəyir.  Bu isə komanda üçün həddindən çox olduğu üçün onlar İsmayllıda oynamağa məcbur olub.

Qeyd edək ki, Ağsu stadionu AFFA-nın balansındadır.