Zaur Axumdovun gedişindən sonra "Şamaxı"nın rəhbər postu hələ də boşdur. 

Rekord.az-a daxil olan məlumata görə, federasiya bu postu əslən Şamaxıdan olan tanınmış futbol adamı Tahir Süleymanova təklif edib.

Hətta onunla ciddi şəkildə söhbət olunub. Süleymanov təklifi qəbul etməyə hazır olduğunu, lakin şərtinin olduğunu deyib. Şərt isə ondan ibarətdir ki, kluba müdaxilə olmamalı, ona nəzarət tamamilə Süleymanova həvalə edilməlidir. Yalnız bu halda Tahir bəy "Şamaxı"ya rəhbərlik etməyə razı olacaq. Hələlik AFFA FİFA refersinin təklifinə cavab verməyib.