AFFA-nı təhqir edən klub prezidentinə 10 oyunluq cəza
- 16:00
- 39
AFFA İntizam Komitəsi Region Liqasında çıxış edən "VT Gəncə" komandasının prezidenti Hacıbala Əzimova 10 oyunluq cəza verib.
Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin "Xocalı" ilə matçda yaşananlar səbəb olub.
Sözügedən qarşılaşmada AFFA-nı və hakimləri təhqir edən H.Əzimov növbəti 10 oyuna buraxılmayacaq.