"Karvan-Yevlax" Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Qarabağ"a 0:7 hesabı ilə uduzub.


Rekord.az xəbər verir ki, qonaqların baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:


"Oyun haqda çox danışmağa ehtiyac yoxdur. Hər şey bəllidir. Bu gün ağır oyunda acı məğlubiyyət aldıq. "Qarabağ"a qarşıdakı matçlarda uğurlar arzulayıram".