Kişi baskebolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə təşkil olunacaq Avropa çempionatında keçirəcəyi oyunların təqvimi müəyyənləşib.


Bu barədə Rekord.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.


2025-ci il


27 noyabr


Makedoniya - Azərbaycan


30 noyabr


Azərbaycan - Lüksemburq


2026-cı il


27 fevral


İrlandiya - Azərbaycan


2 mart


Azərbaycan - Makedoniya


2 iyul


Lüksemburq - Azərbaycan


5 iyul


Azərbaycan - İrlandiya


Qeyd edək ki, komandalar qruplarda dairəvi sistemlə (hər biri bir-biri ilə) ev və səfər formatında qarşılaşacaqlar. A qrupunda hər komanda 6 oyun, B və C qruplarında isə hər komanda 4 oyun keçirəcək. Hər qrupun qalibi (1-ci yeri tutan komanda) birbaşa növbəti mərhələyə yüksələcək.


Ən yaxşı ikinci yerlərdən biri də əlavə olaraq irəliləyə bilər (FIBA-nın ümumi reqlamentinə görə, qrupların balansı üçün). A qrupunda 4 komanda olduğuna görə, ən yaxşı qrup ikincisi uğrunda mübarizədə sonuncu pilləni tutmuş komanda ilə oyunların nəticələri nəzərə alınmayacaq.