“Abşeron Lions” yarımfinalda
- 16:00
- 31
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasının yarımfinalına vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.
Şəki Olimpiya İdman Kompleksində reallaşan qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə də "Abşeron Lions" üstün olub - 109:78.
Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.