“Bavariya” futbol üzrə Almaniya Bundesliqasının 29-cu turunda doğma meydanda “Fortuna”ya 5:0 hesabıyla qalib gəlib.

Rekord.az xəbər verir ki, qarşılaşma həm Münhen təmsilçisi, həm də bu komandanın hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Belə ki, “Bavariya” cari mövsümdə vurduğu qolların sayını 86-ya çatdırıb. Bu, Almaniya çempionatları tarixində yeni rekorddu. Buna qədər heç bir klub Bundesliqanın bir mövsümündə bu qədər qola imza atmamışdı.

Bu oyunda dubla imza atan Polşa yığmasının forvardı Robert Levandovski isə çempionatdakı 17 rəqibin hamısına ən azı 1 qol vurmağı bacarıb. O, həm də bir mövsümdə vurduğu qolların sayını 43-ə çatdırmaqla şəxsi rekordunu təkrarlayıb. O, 2016/17 mövsümündə 47 oyuna 43 qola imza atmışdı. Bu mövsüm isə 43 qol cəmi 37 oyunda vurulub. Bunun 29-u Bundesliqa çərçivəsindədi.