
40 yaşlı Vaqner Lavın yeni klubu bəlli oldu
- 05 İyn 2025 16:40
- 73
Braziliya millisinin sabiq futbolçusu, 40 yaşlı Vaqner Lav ölkəsinin C Seriyasında çıxış edən “Retro” ilə anlaşıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hücumçu ilə bir illik müqavilə imzalanıb. Hazırda Braziliyanın üçüncü divizionu sayılan C Seriyasında çıxış edən “Retro” ötən il D Seriyasının qalibi olub.
Futbolçu karyerası ərzində Braziliyada “Palmeyras”, “Flamenqo”, “Korintians”, Türkiyədə “Beşiktaş”, “Alanyaspor”, Fransada “Monako”, Rusiyada ÇSKA kimi klubların da formasını geyinib.