2-ci Liqada oktyabrın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
- 15:00
- 29
Azərbaycan 2-ci Liqasında "Ayın qolu" layihəsi çərçivəsində oktyabr ayının ən yaxşı qolunun müəllifi olan "Xankəndi"nin futbolçusu Sərxan Ağayev mükafatlandırılıb.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti əlumat yayıb.
Mükafatı 9-cu turun "Xankəndi" - "Göygöl" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.