1/4 finalın növbəti oyunları keçiriləcək
- 12:00
- 39
Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək.
Rekord.az xəbər verir ki, bu gün daha iki matç baş tutacaq.
İlk olaraq "Abşeron Lions" "Şəki" ilə üz-üzə gələcək. Görüş saat 17:00-da start götürəcək.
Günün ikinci oyununda isə son ölkə çempionu "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu qarşılaşma saat 20:00-da başlayacaq.
Hər iki matç Bakı İdman Sarayında təşkil olunacaq.
Xatırladaq ki, ötən gün NTD "Neftçi"ni (97:94), "Ordu" "Gəncə"ni (108:106) məğlub edib. Raundun ikinci oyunları aprelin 16-17-də keçiriləcək.