AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek Premyer Liqanın 10-cu turu çərçivəsində keçirilən “Sabah” - “Zirə” matçında (1:0) yaşanan qalmaqala münasibət bildirib.

Rekord.az xəbər verir ki, söhbət baş hakim Elçin Məsiyevin 84-cü dəqiqədə "Zirə"nin yarımmüdafiəçisi Coşqun Diniyevə qırmızı vərəqə göstərməsindən gedir.

Coşqun özünə qarşı edilən qayda pozuntusuna görə referiyə narazılığını normal şəkildə bildirdiyi halda, ikinci sarı vərəqənı qarşısında görüb və haqsız şəkildə vaxtından əvvəl meydandan kənarlaşdırılıb.

Türkiyəli funksioner ARB kanalında yayımlanan verlişdə epizodu şərh edib və Məsiyevi verdiyi qərardan dolayı haqlı saymayıb.