Kokauri DÇ-də gümüş, Nəsibov bürünc medal qazandı
- 19:20
- 36
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, o, finalda rusiyalı İnal Tasoyevə məğlub olub.
+100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın digər cüdoçusu Kənan Nəsibov isə dünya çempionatında bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə Azərbaycanın digər təmsilçisi Camal Qamzatxanovu məğlub edib.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.