“Gəncəbasar”dan inamlı qələbə
- 19:40
- 35
1-ci Liqada 4-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, son gündə bir oyun baş tutub.
“Gəncəbasar” “Baku Sportinq”i qəbul edib. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə bitib.
Daha öncə “Şahdağ Qusar” “Zaqatala”ya (6:0), MOİK “Mingəçevir”ə (3:0) qalib gəlib, “Səbail” – “Karvan” (1:1) və “Şimal” – “Xankəndi” (1:1) matçlarında qalib müəyyənləşməyib.
1-ci Liqa
4-cü tur
10 oktyabr
“Gəncəbasar” – “Baku Sportinq” 2:0
Qollar: Dileyn Açimi, 49; 90+4.