"Zirə"nin sabiq hücumçusu Riçard Qadze yenidən Azərbaycana qayıdıb.

Rekord.az xəbər verir ki, o, bir neçə gündür "Sumqayıt"ın düşərgəsinə qoşulub.

Yaxın 1-2 gün ərzində qanalı futbolçu ilə müqavilə bağlanılacağı gözlənilir.

Qeyd edək ki, Qadzenin son klubu Banqladeş çempionatının birinci dəstəsində çıxş edən “Şeyx Russel” olub