
“Zirə”nin hücumçusu oynadı, Gürcüstan qalib gəldi
- 06 İyn 2025 13:30
- 45
"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisində oyuna çıxıb.
Rekord.az xəbər verir ki, Villi Sanyolun çalışdırdığı komanda Farer adaları ilə yoldaşlıq matçında üz-üzə gəlib.
Tiflisdəki "Dinamo Arena"da keçirilən görüş gürcülərin qələbəsi ilə başa çayıb – 1:0. Oyunda yeganə qolu 9-cu dəqiqədə Luka Lokoşvili vurub.
Davit Volkov isə 64-cü dəqiqədə meydana daxil olub.