UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” bu gün Bakı-İstanbul-Varşava hava reysi ilə Polşaya yollanıb. 


Rekord.az xəbər verir ki, futzalçılarımız hava limanından oyunların keçiriləcəyi Qlivise şəhərinə avtobusla gedəcək.


Təmsilçimiz iştirak ərizəsini artıq UEFA-ya təqim edib. Komandanı oyunlara çıxaracaq məşqçi Fərid Ələkbərovun sərəncamında 14 futzalçı olacaq. Onlardan yalnız biri legioner, qalanı isə yerli oyunçulardır.


Qapıçılar: Emin Kürdov, Cavad Məmmədov


Oyunçular: Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Nurlan Məmmədov, Ədalət Ələkbərov, Eldar Zeynalov, Ülvi Əliyev, İaqo Henrique, Tofiq Mikayılov, Rəvan Məşiyev, Oqtay Mahmudzadə


Qeyd edək ki, təmsilçimiz oktyabrın 27-də Macarıstanın “Uypest”, ertəsi gün Bosniya və Herseqovinanın “Buba Mara” komandaları ilə qarşılaşacaq. “Qırmızı-ağlar” qrupda son görüşünü oktyabrın 30-da “Piast”a qarşı keçirəcək.


V qrupun oyunları Polşanın Qlivise şəhərindəki “Prezero Arena”da keçiriləcək.