İsrail Premyer Liqasında 8-ci turun oyunu keçirilir. 


Rekord.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Saxnin"i qəbul edib.


Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.  Abdullazadə oyuna start heyətində başlayıb və 56-cı dəqiqədə əvəzlənib.


Bu məğlubiyyətdən sonra 3 xalda qalan "Kiryat Şimona" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.