"İki xal itirdik" - Vernidub
- 22:20
- 37
Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.
Rekord.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda ümumi fikirlərini bölüşüb:
- Oyunun gedişatını nəzərə alsaq, nəticədən razısınız?
- Bunu demək mənim üçün çətindir. Oyuna yaxşı başlamadıq. İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq.
İkinci hissədə çətin olacağını bilirdim. Beş müdafiəçi ilə oynamağa keçdik. Bütün zonaları bağlaya bildik və qola qədər rəqibə şans vermədik. Balayevə təşəkkür edirəm, o, komandamızı ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza görə razı qala bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm.
- Riberonun qırmızı vərəqə almasını necə şərh edərdiniz?
- Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir.
- Emin Mahmudovun yoxluğunun səbəbi nədir?
- Onun yüngül zədəsi var. Hətta oyun üçün iştirak ərizəsinə də daxil etməmişdik.