Tiaqo Silva: "Penaltinin hara vurulacağını hiss etdim" - MÜSAHİBƏ
- 12:00
- 50
"Şəfa"da ilk oyununu keçirən portuqaliyalı qapıçı Tiaqo Silva "Kəpəz" 1:2 məğlub olduqları oyundan sonra Rekord.az-a müsahibə verib:
- "Şəfa"da ilk oyununu necə şərh edərdin?
- Debüt oyunu üçün yaxşı başlanğıc olmadı, komanda uduzdu. Amma bu, son deyil və biz sona qədər vuruşacayıq. Komandada yeniyəm, ümid edirəm ki, hərşey yaxşı olacaq.
- "Zirə"də çıxış edərkən də penaltilər dəf etmisən, bu gün də penalti dəf etdin. Zərbənin hara vurulacağını hiss etmişdin?
- Bu, mənim işimdir, uşaqlıqdan bununla məşğulam. Təbii ki, burda bədən və hissiyyat önəmlidir. Ona görə penalti vuranın zərbəni hara vuracağını hiss edirəm. Bu gün də penaıtinin hara vurulacağını hiss etdim. Ona görə həmin istiqamətə hərəkətləndim və zərbəni dəf etdim.
- Komandanız hesabı açanda mərkəzdə penaltisini dəf etdiyiniz futbolçu ilə insident yaşandı. Həmin epizoddan yaranan prinsipiallıq idi, yoxsa başqa səbəb var idi?
- Yox, yox prinsipiallıq deyildi sadəcə, vəziyyətdən asılı olan şeydi. Mən bunu şəxsi prinsiplə əlaqələndirməzdim, biz hamımız ümumi komandanın uğuru üçün çalışırıq.
Anar XANLAROV