“Turan Tovuz”un əvəzediciləri “Şəfa”ya məğlub oldu
- 16:34
- 46
Əvəzedicilər Liqasında 7-ci turun növbəti oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
“Şəfa” və “Turan Tovuz”un əvəzedicilərinin görüşü meydan sahiblərinin qələbəsiylə bitib.
Tura sabah yekun vurulacaq.
Əvəzedicilər Liqası
7-ci tur
25 oktyabr
“Şəfa-2” – “Turan Tovuz-2” 3:2
Qollar: Uğur Məmmədov, 25-öz qapısına. Elmir Tağıyev, 47. İsmayıl Həsənli, 64 – İsmayıl İsmayılov, 22. Arzu Mədətov, 63.