“İndiki stadionumuz bizim üçün daha rahatdır” - Dambrauskas
- 20:41
- 44
"Sabah" Misli Premyer Liqasının 9-cu turunda bu gün "Qarabağ"ı qəbul edib.
Rekord.az xəbər verir ki, 0:0 hesabı ilə başa çatan matçdan sonra "bayquşlar"ın çalışdırıcısı Valdas Dambrauskasın mətbuat konfransı keçirilib. Litvalı mütəxəssis ilk hissədə hücumda daha çox vaxt keçirdiklərini bildirib:
"Bugünkü rəqibimiz çox keyfiyyətli komandadır. Hər iki komandanın bu gün müdafiə xətti yaxşı çıxış etdi. İlk hissədə hücumda daha çox vaxt keçirdik. Düşünürəm ki, heç-heçəni ədalətli hesab etmək olar. Düzdür, qollar çatışmadı. Amma atmosferə baxanda çox gözəl idi. Əfsuslar olsun ki, azarkeşlərə qollar görmək nəsib olmadı.
Bizim indiki arenamız daha yaxşıdır. Azərbaycanın bütün stadionlarında olmamışam, amma bu gün buradakı şərait bizim üçün çox yaxşıdır. Əvvələr məsafə problemimiz var idi, avtobusda uzun yol qət etməli olurduq, hətta futbolçularımızda ürək bulanması olur. Amma bura gəlmək üçün cəmi 15 dəqiqə sərf edirik. Deyərdim ki, buradakı şərait çox yaxşıdır.
Rəhman Daşdəmirovun bu ana qədər bizim üçün etdikləri çox şey var. Amma mövsüm ərzində 50-dən çox oyun keçirəcəyik. Bu üzdən rotasiyalar etməliyik. Gələcəkdə onu əsas heyətdə görə biləcəyik.
Oyunçularıma top-klublardan təkliflər olarsa, mən çox xoşbəxt olaram. Bununla fəxr edərəm. Belə hallar baş verərsə, gedəcək futbolçuların əvəzinə yenilərini gətirməyə çalışacağıq. Heç nə sonsuz deyil, müqavilələr bitir, yenilər. Dediyim kimi, belə təkliflər olarsa, oyunçularım adına şad olaram.
Dortmund "Borussiya"sı ilə "Qarabağ" arasındakı matçlar tamam fərqlidir. "Borussiya" üçlü müdafiə ilə oynayır. Hər oyuna fərqli yanaşırıq. Vaxtımız çox azdır, təhlillər aparmalıyıq. Qarşıda "Turan Tovuz"la matçımız var, daha sonra "Vikinq"lə qarşılaşma gəlir. Sevindirici haldır ki, oyunçularım tapşırıqları meydanda düzgün icra edirlər. Bütün oyunlara fərqli yanaşırıq. Rəqiblərimiz çox güclüdür”.