Umarali Raxmanaliyev: "Bunun üzərində işləyirik" - MÜSAHİBƏ
- 00:25
- 35
"Sabah"ın özbəkistanlı futbolçusu Umarali Raxmanaliyev "Qarabağ"la 0:0 başa çatan oyundan sonra Rekord.az-a müsahibə verib:
- Oyun haqqında bir neçə söz deyərdiniz.
- Bugünkü oyun çox maraqlı keçdi. Qələbə qazana bilmədik. Hesab edirəm ki, buna əsas səbəb qol imkanlarından düzgün istifadə edə bilməməyimiz oldu.
- Yeni stadiondakı atmosferi necə qiymətləndirirsiniz?
- Atmosfer möhtəşəm idi. Meydançanın vəziyyəti də yüksək səviyyədədir. Belə gözəl stadionda oynamaqdan zövq aldıq. Düşünürəm ki, oyun da bu baxımdan yaxşı keçdi.
- Hazırda çempionluq uğrunda üç komanda — «Sabah» «Qarabağ» və «Neftçi» mübarizə aparır. Bu komandaların hamısı bir-biri ilə qarşılaşıb və oyunlar heç-heçə ilə başa çatıb. Sizcə çempionun taleyini digər doqquz komandaya qarşı keçiriləcək oyunlar həll edəcək?
- Hesab edirəm ki, bu il çempionat çox maraqlı keçir. Bütün komandalar sonadək mübarizə aparır. Belə rəqabətin olması sevindiricidir. Düşünürəm ki, çempionun taleyi son tura qədər bəlli olmayacaq. İdmanda intriqa həmişə yaxşıdır.
- «Borussiya» ilə oyunda da bu gün «Qarabağ»la qarşılaşmada da qol imkanlarından istifadə ilə bağlı problemlər yaşandı. Bu istiqamətdə xüsusi işləyirsinizmi?
- Bəli əlbəttə. Bunun üzərində işləyirik və hücumları qolla tamamlamağa xüsusi diqqət yetiririk.
- Oyunu FİFA prezidenti Canni İnfantino və Arsen Vengerin də izlədiyini bilirdinizmi?
- Düzünü desəm xəbərim yox idi. Bunu ilk dəfə sizdən eşidirəm.