Son çempion Super Liqaya qələbə ilə başladı
- 20:00
- 47
Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatında daha bir oyun keçirilib. "Rekord.az" xəbər verir ki, bu gün baş tutan 1-ci turun son qarşılaşmasında "Xilasedici" və "Neftçi" klubları üz-üzə gəliblər.
FHN-in idman zalında təşkil olunan görüşdə gərgin keçib. 4 set davam edən matçda son ölkə çempionu "Xilasedici" 3:1 hesabı ilə qələbə qazanıb.
Super Liqa
24 oktyabr
I tur
“Xilasedici” - “Neftçi”3:1 (28:26, 26:24, 23:25, 25:14)