Mövsüm başa çatan kimi “Sumqayıt”dan ayrılaraq “Zirə”yə keçən Mehti Cənnətov maddi baxımdan xeyli qabağa düşəcək.

Rekord.az-a daxil olan məlumata görə, dağıstanlı qapıçının yeni klubunda alacağı aylıq maaş 12 min manat olacaq.

Maraq üçün deyək ki, Mehti “Sumqayıt”da ayına 4500 manat maaş alırdı.