Sumqayıtda basketbol üzrə məhəllələrarası turnir
- 10:28
- 21
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 3 sentyabr 2026-cı il tarixində Sumqayıt şəhər, Zeynalabdin Tağıyev qəsəbəsi, “Sağlam məhəllə” idman zonasında “İdman hamı üçün” layihəsi çərçivəsində 3x3 basketbol idman növü üzrə 2014-2016-cı il təvəllüdlü həvəskar oğlanlar arasında məhəllələrarası turnir keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd şəhərdə 3x3 basketbol idman növünün təbliği və inkişafı, bu idman növündə güclü idmançıların müəyyən edilməsi, uşaqlar və yeniyetmələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və kütləviliyin təmin edilməsidir. Qalib və mükafatçılar diplom və medallarla təltif olunub.