“See Breeze 2026” iştirakçılarının təqdimatı
- 10:00
- 25
Sentyabrın 11-13-ü aralığında keçiriləcək “See Breeze 2026” beynəlxalq çimərlik polosu turnirində iştirak edəcək komandaların təqdimolma mərasimi keçirildi.
Rekord.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Elvin Məmmədxanov turnirdə iştirak edəcək komandalara uğurlar arzulayaraq güclünün qalib gələcəyinə ümid etdiyini dedi.
“World polo” şirkətinin prezidenti Reto Qaudenzi İsveçrə, Böyük Britaniya, Azərbaycan və Rusiya kollektivlərini ardıcıllıqla səhnəyə dəvət etdi. Yekunda komandalar kollektiv şəkil çəkdirdilər.
Əlavə edək ki 11 sentyabr saat 16.00-da turnirin açılış oyununda qum üzərinə “Red Star” və “Sankt Moritz” komandaları çıxacaqlar. Günün ikinci matçında isə yerli “Elite polo club” “Moscow polo club”la qarşılaşacaq. Turnirə sentyabrın 13-də yekun vurulacaq.