“Zirə” finalda!
- 21:00
- 41
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.
Rekord.az xəbər verir ki, ilk finalçının adına “Zirə” – “Turan Tovuz” matçında aydınlıq gəlib.
Zirədə baş tutan oyunu Əli Əliyev idarə edib. Paytaxt təmsilçisi ilk oyunda inamlı qələbəyə sevinmişdi. Cavab görüşü qolsuz bitdiyi üçün "Zirə" finala yüksələn tərəf olub.
Digər finalçının adına sabah keçiriləcək “Sabah” – “Qarabağ” matçında aydınlıq gələcək.
Bizon Azərbaycan Kuboku
Yarımfinalın cavab oyunu
21 aprel
“Zirə” – “Turan Tovuz” 0:0
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
Zirə İdman Kompleksinin stadionu, 19:00.
İlk oyun – 2:0.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 73. Anatoli Nuriyev, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 29. Ceyhun Nuriyev, 25. Enrike Kustodio, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 22. Eren Aydın.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 1. Oleq Baklov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 2. Mark Rene Mampassi.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 29. Filip Ozobiç, 4. Şəhriyar Əliyev, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 3. Enrike Silva, 9. Coş Cinnelli, 8. David Tavares.
Məşqçi: Yunis Hüseynov.