"Zirə" mövsümün sonunda müqaviləsi başa çatacaq Hamidu Keytaya yeni müqavilə təklif edib.

Rekord.az-a daxil olan məlumata görə, yeni müqavilədə futbolçuya daha yüksək maaş təklif olunub.

Çünki növbəti mövsümdə daha iddialı olmağı düşünən qəsəbə təmsilçisi bu mənada ən aparıcı futbolçularından birini itrmək istəmir. Lakin əldə etdiyimiz məlumata görə, futbolçu özü hələlik təklifi qəbul etməyib və mövsümün sonunu gözləyir. "Zirə" avrokuboklara düşə bilməsə, ehtimal var ki, "Zirə"ni tərk edə.