Azərbaycan Basketbol Liqasında 3-cü turun daha bir oyunu bu gün keçiriləcək.


Rekord.az xəbər verir ki, günün yeganə matçında son çempion "Sabah" NTD ilə üz-üzə gələcək.


Qarşılaşma Milli Gimnastika Arenasında, saat 19:00-da start götürəcək.


Xatırladaq ki, turun əvvəlki oyunlarında "Naxçıvan" "Gəncə"ni (72:70), "Neftçi" "Sumqayıt"ı (86:69) məğlub edib. "LANDAU Lions" - "Ordu" matçı qeyri-müəyyən müddətə təxirə salınıb.